Ramiz Mehdiyev daha bir Xidmət rəisini təqdim etdi: “Rüşvətxorluğa son qoyulmalıdır”

Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır.

ATV-nin verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən deyib.

PA rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin DMX-nın fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb: “Möhtərəm Prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır.

Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button