Ramiz Mehdiyevin İdarəsi rüşvət yığmağa başlayıb

Ramiz Mehdiyev

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədri olduğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Əvəz Zeynallının hesabına rüşvət toplamağa başlayıb

«Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunduğu gündən ona məxsus iki telefon qanunsuz olaraq alınıb və bu günə qədər də telefona daxil olan zənglərin qeydə alınması məqsədilə açıq saxlanılır. Telefonun yaddaşında adı və telefon nömrəsi olan bütün vətəndaşlar, iş adamları, dövlət məmuru olan adamlar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağrılaraq təhdid edilir, qorxudulur və Əvəz Zeynallının əleyhinə ifadələr vermələri tələb olunur. Həmin adamların sözlərin görə, onlardan tutduqları vəzifə müqabilində 5-15 min manat arası rüşvət tələb edilir. İradəsi zəif olan, qorxaq və cəsarətsiz adamlardan Əvəz Zeynallının əleyhinə ifadə vermələri tələb olunur. Bununla yanaşı onlardan rüşvət də tələb olunur ki, məsələni onların əleyhinə «qəlizləşdirməsinlər». Arxası olan, məmur, iş adamlarından isə, prezident İlham Əliyevin adından istifadə edərək, «iş prezidentin nəzarətindədir» deyib, külli miqdarda rüşvət tələb edirlər.
Bu günlərdə Əvəz Zeynallının üzünə durdurularaq, həftədə ona 100 manat verdiyini iddia edən Sumqayıt Maşan Bazarının müdiri Sabir Tarverdiyevin yaxın ətrafından aldığımız məlumata görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağrılan gün ondan 10 min manat rüşvət alıblar və bununla da məsələ bitməyib, hələ bir o qədər də verəcəyi haqda ona xəbərdarlıq ediblər.

Göründüyü kimi, R.Mehdiyevin sədri olduğu Korrupsiyaa qarşı Mübarizə İdarəsi əslində insanları təzyiq və qorxu altında saxlayaraq, onları soymaqla məşğuldur. Əldə etdiyimiz digər məlumata görə isə, Əvəz Zeynallının üzünə daha bir neçə adamın durdurulması planı var. Həmin plan əsasında Əvəz Zeynallının üzərinə daha bir neçə min manat rüşvət aldığı haqda ifadələr alınacaq.

Əvəz Zeynallı məmləkətin bütün vətənpərvər insanlarını cəsarətli olmağa və öz haqlarını müdafiə etməyə çağırıb: «Tarix bu günləri unutmayacaq. Bu gün mənim üzümə durdurulan adamlar, sabah da onların öz üzlərinə duracaqlar. Səhv etməmək üçün indidən haqlarınız uğrunda mübarizə aparın.»

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button