Ramiz Mehdiyevin müavinləri vəzifələrini itirdilər

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi  “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində inzibati vəzifələrin birinci təsnifat sırasından çıxarılıb.

Xural.com Qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq sərəncamın qüvvəyə minməsi ilə prezident İlham Əliyevin 29 noyabr 2012-ci ildə imzaladığı digər sərəncamla PA rəhbəri Ramiz Mehdiyevin müavini təyin olunmuş 4 siyasətçi – Zeynal Nağdəliyev, Novruz Məmmədov, Əli Əsədov və Vahid Əliyev vəzifələrini itiriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button