Ramiz Mehdiyevin qohumu “Pasportstol”a təyin edildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Levan Qurskaya Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin rəis müavini təyin oluunb. Bu barədə məlumt “Qafqazinfo”ya hüquq-mühafizə orqanlarından daxil olub. Məlumata görə, Yasamal rayon Pasport Qeydiyyat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Levan Qurskaya Yuriyeviç vəzifəsindən azad olunaraq sözügedən posta təyin olunub.

Xatırladaq ki, bu vaxta qədər həmin vəzifədə daxili işlər naziri Ramil Usubovun qaynı Nüsrət Şirinov çalışırdı. Bir neçə gün əvvəl polkovnik N. Şirinov DİN-də katibliyin rəisi vəzifəsinə təyin olunub.

Daha bir maraqlı məqam isə Pasport və Qeydiyyat İdarəsinin rəis müavini təyin olunan Levan Qurskayanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yaxın qohumu olması ilə bağlıdır.

Əlaqəli məqalələr

1 şərh

  1. bilirsiniz, bu siyasət ki, var çox maraqlıdır.həm maraqlıdır, həm vacib.belə qarışıq işlərdən baş açmaq üçün yenidən tarix-nadiri oxumaq lazımdır.əks halda biz kim, siyasət kim?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button