Ramiz Rzayev kamerayla hakimləri izləyir

Aslan İsmayılov: “Ali Məhkəmədəki bu biabırçılıq heç yerdə yoxdur”

“Ali Məhkəmənin iclas zallarında prosesləri izləmək üçün kameralar quraşdırılıb”. Bu barədə vəkil Aslan İsmayılov məlumat verib. Onun sözlərinə görə, Ali Məhkəmənin iclas zallarında quraşdırılan kameralar vasitəsi ilə bütün məhkəmə proseslərini izləmək mümkündür ki, bu da qanunvericiliyə zidd haldır: «Belə bir biabırçılıq heç bir yerdə yoxdur. Təcili buna son qoyulsun. Ramiz Rzayev kabinetində əyləşib bütün məhkəmə proseslərini izləyir».
Bu faktın Ali Məhkəmənin hakimi adını daşıyan bütün hakimlərə qarşı hörmətsizlik olduğunu deyən vəkil, heç Milli Təhlükəsizlik Nazirliyində belə bu cür halların olmadığını qeyd edib.

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button