Ramiz Tağıyev həbsdən azad edildi

images (4)20.06.2013

2010-cu il iyunun 6-da həbs olunan R.Tağıyev bu gün Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı

Milli Azadlıq Hərəkkatının fəallarında olan Ramiz Tağıyev həbsdən azad edilib. Ramiz Tağıyev bildirib iyubnun 20-də Ali Məhkəmədə onun kasasiya şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edərək, barəsində çıxarılmış həbs qəti-imkan tədbirini ləğv edib. Buna səbəb ona qarşı açılmış cinayət işindəki maddələrdən birinə xitam verilməsi olub.

R.Tağıyev Ali Məhkəmənin bu qərarını ədalətin bərpa olunması kimi qiymətləndirdiyini deyib: “Mən bu gün əmin oldum ki, Azərbaycan məhkəmələrində ədalət artıq bərpa olunub”.

Xatırladaq ki, Ramiz Tağıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2-ci (qanunsuz sahibkarlıq), 192.3-cü (qanunsuz sahibkarlıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi qaldırılmışdı. O həm də qanunsuz ticarətlə məşğul olmaqla yanaşı, dinləmə cihazlarının ölkəyə gətirilməsinə yardımçı olmaqda da ittiham olunurdu.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button