Ramiz Tağıyevin səhhəti ağırlaşıb

Onun şəkər xəstəliyi və təzyiqdən əziyyət çəkdiyi bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan «Millətim» qəzetinin baş məsləhətçisi Ramiz Tağıyevin səhhəti ağırlaşıb. Bu haqda XuralTAC əməkdaşlarına məlumat Ramiz Tağıyevin yaxınlarından daxil olub. Yaxınlarının dediklərinə görə, şəkər xəstəliyindən əziyyət çəkən keçmiş hərəkatçı özünü yaxşı hiss etmir: «O, həm də ürək ağrısından və təzyiqdən əziyyət çəkir. Şəkəri qalxıb, doğru-dürüst müalicə ala bilmir. Lazım olan şəraiti yarada bilmirik və bu, həm də bizim mətbuat olaraq fəaliyyətimizi əngəlləyir».

Yaxınları Ramiz Tağıyevin haqsız yerə tutulduğunu və MTN-in bəzi məmurları tərəfindən şərləndiyini bildirirlər. Onlar dəfələrlə prezidentə və ölkənin digər səlahiyyət sahiblərinə müraciət etsələr də, hələlik qaneedici bir cavab almayıblar.

Xatırladaq ki, Ramiz Tağıyev Milli Azadlıq Hərəkatının əfsanəvi isimlərindən biri olub. R.Tağıyevin 1989-cu ildə xüsusilə sərhəd tellərinin sökülməsində müstəsna xidmətləri olub və zamanında Heydər Əliyevin ən inanılmış adamlarından biri kimi tarixin yaddaşına köçüb.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button