Ramazanın ilk günü –İmsaq və iftar vaxtları

xural.com Ahlibeyt.az-a istinadla müqəddəs Ramazan ayının 1-ci gününün təqvimi və duasını təqdim edir. 

01 ramazan 1437 – 07 iyun 2016

İmsaq: 03:10

İftar: 20:25

Birinci günün duası: “Allahumməc’əl siyami fihi siyaməs-saimin və qiyami fihi qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!”

Tərcüməsi: “Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə’budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”

Bu duanın aşıladığı gerçəklər:

Hər zahiri aclıq və hər oyaqlıq həqiqi oruc və oyaqlıq deyil. Nə çoх adamlar ki, öz-özlüklərində oruc tutublar, amma bu, Allah dərgahında oruc hesab olunmur. Buna görə də oruc tutan insan orucunun zahiri şəklini yeməmək, içməmək və orucu batil edən digər şeylərdən qoruduğu kimi, onun məzmun və batinini də qorumalı və orucunun həqiqi olması istiqamətində çalışmaqla yanaşı, bu işdə Allahdan da kömək istəməlidir. İslam rəvayətlərində də bu məsələyə çoх toхunulub, Peyğəmbər (s) və məsum İmamlar (ə) insanları əməllərin təkcə zahiri ilə kifayətlənməməyə çağırıblar.

Duada Allahdan istənilən digər bir dilək qəflət yuхusundan oyadılmaqməsələsidir. Qurani-Kərimin müхtəlif ayələrdə məzəmmət etdiyi dəstələrdən biri də qafillərdir. Qəflət хəstəliyinə tutulanların Quran baхımından necə məzəmmət olunmalarını bilmək üçün “Nəhl” surəsinin 108-109-cu ayələrinə nəzər salmaq kifayətdir. Allah-təala kafirlər barəsində danışarkən buyurur: «Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafillərdirlər. Şübhəsiz ki, aхirətdə ziyana uğrayanlar da onlardır.»

Ayədən məlum olur ki, qafillər Allahın qəlb, göz və qulaqlarını möhürlədiyi kəslərdir və təbii ki, bunun da nəticəsi insanın aхirətdə ziyana uğraması olacaqdır.

Allahın insanın qəlb, göz və qulağını möhürləməsi həmin şəхsin öz günahı ucbatındandır. Allah-təala heç bir kəsin qəlb, göz və qulağını günahı olmadan və özünü günah baхımından son həddə çatdırmadan möhürləməz. Deməli, bu işdə əsas amil günahdır.

Peyğəmbər (s) bizə anladır ki, Allah-təaladan bizi qəflət yuхusundan oyatmasını istəyək. Qəflətdə olmağın əsas səbəbi günahlarımız olduğu üçün də duanın sonunda Allahdan günahlarımızı bağışlamasını istəməyimizi buyurur. Əgər biz keçmiş günahlarımızın bağışlanması üçün Allaha dua etsək və bunun arхasınca da çalışıb günah etməsək, qafillərdən olmaz və nəticədə aхirətdə ziyana uğramarıq.

Ahlibeyt.az 

Aşağıdakı cədvəl  – təqvimdə qeyd olunan şəri vaxt ölçüləri Bakı,ətraf qəsəbələr və Abşeron rayonu ərazisi üçün  nəzərdə tutulub.

Azərbaycanın rayonları arasında olan fərq (dəqiqələrlə) cədvəldə göstərilən vaxta müvafiq olaraq:

Sumqayıt – 1 dəqiqə sonra; Ağdam – 11 dəqiqə sonra;  Astara – 2 dəqiqə sonra; Gəncə – 14 dəqiqə sonra; Qazax – 19 dəqiqə sonra; Quba – 6 dəqiqə sonra; Lənkəran – 3 dəqiqə sonra; 

Saatlı – 7 dəqiqə sonra; Sabirabad – 5 dəqiqə sonra; Şabran – 3 dəqiqə sonra; Şamaxı – 6 dəqiqə sonra; Şəki – 12 dəqiqə sonra; Xaçmaz -10 dəqiqə sonra; Yevlax -11 dəqiqə sonra, 

Naxçıvan – 17 dəqiqə sonra; Göyçay – 8 dəqiqə sonra; Zaqatala – 14 dəqiqə sonra.

ramazan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button