Rasim Əliyev ölümünün ildönümündə anılacaq

8 avqust 2015-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sabiq sədri, jurnalist və hüquq müdafiəçisi Rasim Əliyev sui-qəsdə məruz qalaraq amansızcasına döyüldükdən sonra avqustun 9-na keçən gecə xəstəxanada müəmmalı şəraitdə həlak olub. Bu il avgustun 9-u Rasim Əliyevin ölümündən 1 il ötür. Bu münasibətlə həmkarları və dostları Rasimin ildönümündə onu anmaq üçün məzarını ziyarət etməyə qərar veriblər. xural.com-u məlumatlandıran Tatyana Kryuçkina “Rasim Əliyevin xatirəsini bizimlə birgə anmaq istəyən hər bir kəs Mehdiabad qəsəbəsində yerləşən məzarlığı avgustun 9-u saat 12:00 ziyarət edə bilər” deyə bildirib.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button