RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ HƏBS-QƏTİ İMKAN TƏDBİRİNİN MÜDDƏTİNİN ARTIRILMAĞINA GÖRƏ BƏYANATI

24.01.2012

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 18-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında daha 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini qətiyyətlə pisləyir və Azərbaycan hökumətindən onun dərhal azad edilməsini tələb edir.

Belə ki, Zeynallı oktyabrın 19-da Azərbaycan parlamentinin deputatı Gülər Əhmədovanın şikayəti ilə ona qarşı açılmış cinayət işi ilə bağlı həbs edilib. Sonuncu redaktorun ondan güya pul tələb etdiyini iddia edir. Lakin Əvəz Zeynallı həmkarlarına bildirib ki, Əhmədova onun yanına gələrək, hakimiyyətə qarşı loyallığı müqabilində pul təklif edib. Habelə qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasına əsasən çıxarılmış 10.000 manat və KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası üzrə çıxarılmış 5.000 manat, və müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə çıxarılmış 4.000 manat cəriməyə görə 2011-ci ilin may ayında “Xural” qəzetinin əmlakı siyahıya alınmışdı. Amma qəzetin cərimələri ödəməyə maddi imkan olmadığından icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.
RATİ yuxarıda sadalanan faktlara əsaslanaraq qeyd edir ki, bütün bu addımlar müstəqil şəkildə, müstəqil bir qəzetin susdurulmağı üçün atılıb və bunun məsuliyyətini birbaşa ölkə rəhbərliyi daşıyır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button