Rauf Mirqədrovun məhkəməsi qapalı keçiriləcək

rauf

Bütün siyasi proseslərdə olduğu kimi, hakimiyyət zalı Penitensiar Xidmətin işçiləri, məhkəmə icraçıları və digər şəxslərlə doldurub

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əlisultan Osmanovun sədrliyi ilə Ermənistanın xeyrinə casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovun işi üzrə hazırlıq iclası başlayıb.

İctimaiyyət və müstəqil KİV nümayəndələri iclasa buraxılmayıb. Yalnız “Azadlıq” qəzetinin müxbiri, bir sıra Qərb səfirliklərinin diplomatları və jurnalistin özünün yaxın qohumları üçün istisna edilib.

Bütün siya proseslərdə olduğu kimi, hakimiyyət zalı Penitensiar Xidmətin işçiləri, məhkəmə icraçıları və digər şəxslərlə doldurub.

Vəkil Fuad Ağayev bildirib ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra R. Mirqədirovun vəkilləri onun vəkillərin yanında əyləşməsi, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi, bəzi sübutların cinayət işindən çıxarılması, David Şahnazaryan və Laura Baqdasaryanın məhkəməyə şahid kimi çağırılması barədə vəsatətlər veriblər.

Dövlət ittihamçısı Mübariz Miriyev çıxış edərək vəsatətlərin təmin olunmamasını istəyib.

 Prokuror eyni zamanda məhkəmə prosesinin qapalı keçirilməsini barədə vəsatət qaldırıb. Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Prokurorun prosesin qapalı keçirilməsi barədə vəsatəti isə təmin olunub.

Daha sonra prosesin məhkəmə baxışının vaxtı müəyyən edilib. Proses noyabrın 18-nə təyin edilib.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra həbs edilib. Jurnalistə qarşı CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, Sülh və Demokratiya İnstitutunun Ermənistan vətədaş cəmiyyəti strukturları ilə birgə layihələrində iştirak etməkdə və bu tədbirlər çərçivəsində dövlət sirri olan məlumatları qarşı tərəfə verməkdə ittiham olunur.

Jurnalist ittihamı təkzib edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button