Razi Nurullayevə alternativ deyilik

Yeni yaranan Azad Azərbaycan Naminə təşkilatının Təşəbbüs Qrupunun sədri Ağaşirin Tarverdioğlu ilə müsahibəni təqdim edirik:
– Ağaşirin bəy, xoş gördük.
– Xoş gördük. Hər vaxtınız xeyir olsun, sizin timsalınızda bütün millətimizi salamlayıram.
– İşləriniz necədir?
– Şükürlər olsun, işlərimiz öz axarı ilə gedir, təşkilatımızın sıralarına siyasi partiyaların və vətəndaş cəmiyyətinin üzvləri qəbul olunur.
– Təşkilat demişkən, yeni təşkilat təsis etmisiniz, buna zərurət nədən yarandı, hədəfləriniz nədir?
– Təşkilatın yaranmasında siyasi partiyalardan narazı elekrotlarla bir araya gəldik. Hesab etdik ki, cəmiyyətə yeni bir təşkilatın yaranması lazımdır. Məqsədimiz odur ki, Azərbaycan gəncliyini inhisarına alıb, gəncliyi monopoliyaya salan siyasi partiyalardan onu xilas edək.
– Özünüz 50 yaşı keçməyinizə baxmayaraq, sosial şəbəkədə çağırışı gənclərə edirsiniz. Elə təşkilatınızın sıralarında olanların əksəriyyəti də gənclərdir. Bu, nədən qaynaqlanır?
– Bu, ondan qaynaqlanır ki, uzun illərdən bəri Azərbaycanda siyasi liderlər gəncliyə önəm verməkdən nədənsə çəkinirlər. Siyasi səhnədə Azərbaycan gəncliyinə önəm verməkdən ehtiyatlanırlar. Ancaq uzun illərin təcrübəsi göstərir ki, Azərbaycan xalqının xilaskarı Azərbaycan gəncliyidir. Buna sübüt olaraq deyə bilərəm ki, bu gün siyasi məhbusların mütləq əksəriyyəti gənclərdir.
– AXCP üzvü olmusunuz. AXCP-də narazılıqlar oldu. Təşkilatdan xaric olmalar və istefa verənlər oldu. Onlar Razi Nurullayevin rəhbərliyi ilə AXCP adına iddia edirlər. Amma siz onlara qoşulmadınız. Səbəb nə idi?
– Mən heç vaxt hakimiyyət tərəfindən sifarişlə yaradılan qondarma təşkilatlarda olmamışam və olmaq fikim də yoxdur.
agashirin
– Cəmiyyətdə belə bir fikir formalaşıb ki, siz təşkilatı Razi Nurullayevin təşkilatına alternativ olaraq təsis etmisiniz. Buna münasibətiniz?
– Biz Razi Nurullayevin təşkilatına alternativ təşkilat yaratmamışıq. Sadəcə, biz öz təşkilatımızı elan edəndən sonra, Razi Nurullayevin yanına gedənlər hiss etdilər ki, təməli olmayan bir təşkilata gəliblər. Razi Nurullayev və Rafiq Daşdəmirov tərəfindən aldandıqlarını gördülər, doğrudan da hiss etdilər ki, yanılıblar. Burada nə demokratiyadan, nə gələcək hakimiyyətdən, nə də hər hansı bir haqq-ədalətdən söhbət gedə bilməz. Yuxarda adı çəkilən təşkilatın hakimiyyətin layihəsi olduğunu bilən gənclər təbii ki, orada duruş gətirə bilməzdilər. İstefa verənlərin seçimləri bizim təşkilat olduğu üçün dostlarımızın hər birinə təşəkkür edirəm.
– İstefalar elə bil səngiyib, davamı olacaqmı?
– İstefalar səngiməyib. Cəbhə bölgəsində baş verənlərlə əlaqədar olaraq, gündəmi əlavə xəbərlərlə məşğul eləmək istəmədik. Bizə 6 rayon təşkilatının müraciətləri var. Bu günlərdə ictimaiyyətə açıqlayacağıq.
İ.Adiloğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button