Razi Nurullayevin AXCP-si sökülməyə başlandı

razi nurullayev

Razi Nurullayevin rəhbərlik etdiyi və özünü “AXCP” adlandıran qurumdan istefalar başladı. Təşkilatın Nərimanov rayon şöbəsinin NTK sədri və iki məclis üzvü təşkilatın sıralarından istefa veriblər. Bu haqda NTK sədri Səbuhi Fərzəliyevin xural.com-a daxil olan istefa ərizəsində məlumat verilib. Səbuhi Fərzəliyev, Teymur Məmiyev və Tural Orucovun adından daxil olan istefa ərizəsində deyilir:

sebuhi axcp

“Mən Səbuhi Fərzəliyev 7 ildir AXCP Nərimanov rayon şöbəsinin məclis üzvü olmuşam. Fəaliyyət göstərdiyim dövrdə icazəli və icazəsiz mitinqlərdə aktivlik göstərmişəm. Sonra rəhbərliklə aramızda olan narazılıqlar, fikir ayrılığı nəticəsində Razi Nurullayevin yaratdığı AXCP-nin daha real oldugunu hesab edib, ora qatılmışam. Özümlə bərabər Teymur Məmiyev və Tural Orucovu da Razi Nurullayevin yaratdığı təşkilatın Nərimanov şöbəsinə aparmışam. Hal-hazırda mən həmin təşkilatın – Razi Nurullayevin AXCP-sinin Nərimanov rayon Nəzarət Təftiş Komissiyasının (NTK) sədriyəm. Yuxarıda adlarını çəkdiyim bəylər də həmin şöbənin məclis üzvləridir. Son zamanlar Razi Nurullayev və onun ətrafında olanların heç biri nə Vətən, nə də xalq üçün bir iş görmürlər, əksinə, onların öz şəxsi büdcələrini zənginləşdirməklə məşqul olduqlarını bildik, gördük. Odur ki, hər üçümüz belə uğursuz bir qurumda qalmağı özümüzə təhqir hesab edirik və bu qurumdan istefa veririk. Bundan sonra fəaliyyətimizi Ağaşirin Tarverdioğlunun təşəbbüs qrupunun sədri olduğu yeni yaradılan “Azad Azərbaycan Naminə” qurumunda davam etdirəyik.”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button