Reklam haqqında” qanun qəbul edildi

Bezdirici SMS-lərə son “Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır”

Milli Məclisin iclasında “Reklam haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı.

Layihə barədə məlumat verən deputat Vahid Əhmədov bildirib ki, əvvəlki oxunuşdan verilən təkliflər İşçi Qrupunda müzakirə edilərək dəyərləndirilib.

O qeyd edib ki, “Qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button