Reklamlara məhdudiyyət qoyuldu

reklam

Azərbaycanda zərərli təsir göstərə bilən reklamın bağça və ümumi təhsil müəssisələrindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək.

Xural.com apa.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti “Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında” qərar qəbul edib.

Qərara əsasən reklamlarla bağlı yeni qadağa müəyyən edilib.

Başqa sözlə, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilməyəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button