Reyxstaqa bayraq sancan Kantariyanın nəvəsi qələbə lentini sökdürüb

KONICA MINOLTA DIGITAL CAMERA02.05.2015

Rusiyadan Tiflisə gələn rus baykerləri qalmaqalla üzləşib.

Strateq.az bildirir ki, Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi ilə əlaqadar keçirdikləri yürüşdə döşlərinə Georgiyev lenti taxaraq Gürcüstana gələn baykerlərdən lenti çıxarmaq tələb edilib. Bir qrup şəxs əllərində bıçaq motosiklçiləri dövrəyə alaraq Gerogiyev lentini yaxalarından sökməyi əmr ediblər. Baykerlər bu tələblə razılaşmağa məcbur olub.

Maraqlıdır ki, hədələyərək lenti çxarmağı tələb edən şəxslərdən biri Reyxstaqa qələbə bayrağını sancan əfsanəvi Meliton Kantariyanın nəvəsi olub.

Qeyd edək ki, Gerogiyev lenti Gürcüstanda rus işğalının simvolu kimi qəbul edilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button