RİQC təqdim edir: “Azərbaycan Qadın Hüquq Müdafiəçisinin Portreti”-VİDEO

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti “Azərbaycan Qadın Hüquq Müdafiəçisinin Portreti” adlı video-təşəbbüsünü təqdim edir! Xural.com-un məlumatına görə, bu haqda Cəmiyyətin sədri Şəhla İsmayıl özünün facebook səhifəsində yazıb. Şəhla İsmayılın statusunu təqdim edirik:

“Səkkiz hüquq müdafiəçisinin ayrıca portretlərini isə yaxın bir neçə həftədə sizlərə təqdim edəcəyik.

Bu təşəbbüs hüquq müdafiəsi ilə illərdir məşğul olan 8 Xanımın simasında Azərbaycan Qadın Hüquq Müdafiəçisinin portretini çizdi. Film qadınların cəmiyyətdəki rolunu önəmsəməklə bərabər, həm də vətəndaş cəmiyyəti tərəfindən görülən işlərin əhəmiyyətini vurğulamağa xidmət edir. Eyni zamanda gənc qızlar üçün motivasiya mənbəyi olar bilər.

Bu video-layihədə iştirak edən hüquq müdafiəçilərinə – Novella xanıma, Mehriban xanım Vəzirə, Mehriban xanım Zeynalovaya, Arzu xanıma, Mirvarixanıma, Ramina xanıma və Rena xanıma təşkilatımız adından təşəkkürümü bildirirəm. Fəxrimizsiniz!

Filmlərin ərsəyə gəlməsində danılmaz əziyyəti olan Melahet xanıma və Evez bəyə dərin minnətdarlığımı bildirirəm. Sizinlə işləmək böyük zovq verdi!

Və nəhayət, hər işdə olduğu kimi, bu layihənin də hər mərhələsinə can qoyan Leylama ayrıca mütəşəkkirəm!

Hamınız var olun!”

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button