RİQC təqdim edir: “Azərbaycan qadını, sən hüquqlarını bilirsənmi?”-FOTO

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti bir-birinin ardınca qadınların problemlərini əks etdirən toplantılar, dəyirmi masalar təşkil edir. Onlardan biri haqqında iştirakçı Aytən İsmayılzadə özünün fb səhifəsində yazıb. Aytən İsmayılzadənin statusunu xural.com olaraq dərc edirik:

“Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin təşkil etdiyi toplantıda iştirak etdik və maraqlı müzakirələr oldu. İlk öncə dəvət üçün Şəhla İsmayıla təşəkkürümü bildirirəm. Toplantıda Azərbaycan qadınına öz tibbi, sosial haqlarını tanımasına yönəlik yollar arandı. Erkən nikahlar, uşaq ölümü, ana ölümü, təhlükəli cinsi infeksiyalarda artım tendensiyası, maarifsizlik, tibbi savadsızlıq yüksələn xətt üzrə inkişaf edir. Qeyri-peşəkar ginekoloq, neanotoloq və pediatrlar isə hələ də öz postlarnda müvazinətləri pozulmayacaq şəkildə oturmaqdadırlar.
Cavabsız qalan suallar hələ də var:

– Azərbaycan qadını, sən hüquqlarını bilirsənmi?
– Azərbaycan qızı, sən gələcəyin anasısan və yetərincə maarifləndirilirsənmi?
– Azərbaycan qadını, qadın olaraq sənin sağlamlığını kimlər və necə qorumalıdır? Bilirsənmi? Axı sən Azərbaycan millətinin gələcəyinin təməl daşısan. Yoxsa elə sadəcə “daş” olaraq qalmalı və daş kimi dəyərləndirilməlisən?
– Azərbaycan anası, bilirsənmi dünyaya gətirdiyin körpənin sağlamlığı nə vaxtdan müdafiə edilməliydi? 

Hələ sən özün öz ananın bətnində olduğun vaxtdan!!!
Azərbaycan qadının bilmədiyi şeylər çoxdur. Bəs onun müdafiəçiləri olan bizlər necə, bilirikmi? Bildiyimizi tətbiq edə bilirikmi? Bildiklərimizi tətbiq etməyə mane olan faktorlardan biri elə özümüzük. Gəlin ilk öncə Özümüzlə mübarizə aparaq.”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button