Riyad Əliyev Nobel mükafatı ala bilər

riyad eliyev

Azərbaycan tarixində ilk dəfə olaraq həmyerlimiz Nobel Mükafatına namizədliyi irəli sürüləcək. Bu barədə JAM.AZ-ın əldə etdiyi məlumata görə, Nobel mükafatına namizədliyi irəli sürülmüş azərbaycanlı hazırda Almaniyada mühacir həyatı yaşayan Riyad Əliyevdir.

Məlumatda vurğulanır ki, Riyad Əliyevin namizədliyini Belarusiya Universitetinin bir qrup müəllim və tələbələri irəli sürüblər. Minsk Dövlət Universitetindən verilən məlumata görə, həmyerlimizin namizədliyini vermələrinə səbəb onun davamlı olaraq məqsədləri uğrunda apardığı mübarizədir. Belə ki, Riyad Əliyev Azərbaycandan siyasi baxışlarına görə, mühacirətə gedib və Avropada yaşadığı müddətdə aramsız olaraq siyasi sistemlə mübarizə aparıb.

Qeyd edək ki, Riyad Əliyev ilk Azərbaycanlı olacaq ki, Nobel Mükafatına namizədliyi irəli sürüləcək. Maraqlıdır ki, bu dəfə də özümüz deyil, belaruslar bizimkilərə xüsusi qiymət veriblər. Halbuki belə bir mükafata namizəd olmaq üçün elə özümüzkülər də addım ata bilərdilər.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button