Riyad Mühafizə Xidməti və “Zirvə” Ziyalılar Təşkilatı aztəminatlı ailələri yada saldı

rmx-azteminatli-aileler-ucun-xeyriyye-tedbiri (10)

Riyad Mühafizə Xidməti və “Zirvə” Ziyalılar Təşkilatının təşəbbüsü ilə aztəminatlı ailələr üçün “Qış sevincləri” adlı xeyriyyə tədbiri təşkil olunub. Bu barədə Riyad Mühafizə Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Tədbiri aparıcılar Zabir Əliyev, Lamiyə Mirtalıblı (ZZT-nin Gənclərlə İşbirliyinin sədri) və Kamran Cavad idarə ediblər.

Tədbiri giriş sözü ilə RMX-nin Baş İdarə rəisi Etibar Qasımov və ZZT-nin rəhbəri Minayə Dəyanət açıblar.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Aztəminatlı ailələr və onların uşaqları mədəniyyət və incəsənət nümayəndələrinin ifaları zamanı rəqs ediblər, əyləniblər.

Bundan başqa, tədbir zamanı RMX-nin idarə heyəti, ZZT-nin üzvləri, o cümlədən mədəniyyət və incəsənət nümayəndələri “Fəxri Diplom” ilə mükafatlandırılıblar. Aztəminatlı ailələrə və onların uşaqlarına hədiyyələr təqdim olunub.

Tədbir maraqlı məqamları ilə yaddaqalan olub. Belə ki, xalq artisti Flora Kərimovanın çıxışından sonra qonaqlar ayaqüstü müğənni alqışlayıblar. Müğənni Elşad Qarayev çıxış zamanı çox sevincli olduğunu deyib. O, “Yeni Azərbaycan Partiyası”na üzv seçilməsini açıqlayıb və üzvlük vəsiqəsini nümayiş etdirib.

Ümumiyyətlə, şən və xoş əhval-ruhiyyədə baş tutan tədbir iştirak edən hər bir şəxsin ürəyincə olub.

1 4 rmx-azteminatli-aileler-ucun-xeyriyye-tedbiri (8)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button