Roman, şeir, hekayə yarışmaları yox, köşə yazmaq!

“Sion müdriklərinin protokolları”nı oxumayan ziyalı özünü ziyalı hesab edə bilməz…

Professional Oxucu Liqası ölkənin postmodernist yazarlarına müraciət edib. Müraciətdə deyilir:

“Postmodernist yazarların əsərlərini sevə-sevə oxuyuruq. Postmodernizm bizim kiflənmiş ədəbiyyatımıza yeni nəfəs verdi. “Alatoran” hərəkatı, “Dünya ədəbiyyatı” seriyasından Səlim Babullaoğlunun layihələri, “Ən yeni ədəbiyyat” silsiləsindən “Qanun” nəşriyyatının nəşrləri, “DAYAQ” təşkilatının həyat verdiyi Cənubi Azərbaycan yazarlarının kitabçaları – hamısı təqdirəlayiqdir. Bu layihələrdə zəhməti olanların hamısını alqışlayırıq. Oxucular adından sizin hamınıza öz təşəkkürlərimizi bildiririk.

Postmodernizm cərəyanını Azərbaycana ilk dəfə Rasim Qaraca gətirdi, indi mətbuatda olan bir sıra tanınmış və sanballı imzalar onun şinelindən çıxıb. İlk gündən bu hərəkatı kənardan da olsa böyük maraqla izləmişik, bütün dərc olunan əsərləri, işıq üzü görən layihələrə öz diqqətimizi yetirmişik. Professional Oxucu Liqası olaraq bir sıra məqbul bildiyimiz məsələlər barədə ara-sıra fikirlərimizi açıqlamış, mətbuatda rəylər yazmış, təhlillər aparmışıq. Bir daha bütün köhnə markaları, o cümlədən yenicə qələmə sarılan gənclərimizi səmimi qəlbdən sevdiyimizi bildiririk, bir daha onlardan daha maraqlı, oxunaqlı, intellektual tutumlu mətnlər gözlədiyimizi vurğulayırıq.

Nəzərinizə onu çatdırmağı vacib sayırıq ki, bizə yetişmiş bu dəyərli mədəniyyət Sovet hakimiyyəti yarandıqdan sonra ruslardan bizə ən qiymətli mirasdır. Bu səbəbdən diqqətli olmaq lazımdır ki, müxtəlif yollarla xarici düşmənlərin xidmətində olmasın. Biz ilk növbədə, hər şeydən öncə çoxlu oxumalı və yenə oxumalı, öz informasiya bazamızı genişləndirməliyik. Araşdırmalar göstərir ki, Bakıda – həyatın gur və qaynar olduğu, gündəlik qayğıların hamı kimi yazarları da ağuşuna aldığı paytaxtda buna çox vaxt imkan olmur. Nəticədə yazarlarımızın sıradan adi vətəndaşın belə məlumatlı olduğu və müşahidə etdiyi mətləblərdən xəbəri olmur. Hamı kütləvi surətdə roman yazmağa girişib, halbuki bu cür mənasız işlərdən vaz keçib köşə yazısı yazmaq ümumi işin xeyrinə olardı. Fikirləşmək lazımdır ki, roman müsabiqələri keçirən və bu işi maliyyələşdirən xarici təşkilatlar hansı məqsəd güdürlər. Bununla olan-qalan əli qələm tutanlarımızı da cəfəng bir işə cəlb edir, balansımızı azaldır və özləri üçün yarana biləcək təhlükəni sovuşdururlar. Təəssüflər olsun ki, bizim nəinki jurnalistlərin, hətta yazarların da çox hissəsi “Sion müdriklərinin protokolları”nı oxumayıblar. Halbuki bir daha bildiririk ki, “Sion müdriklərinin protokolları”nı oxumayan ziyalı özünü ziyalı hesab edə bilməz. Bu əsəri oxumayan jurnalistin əlinə qələm alaraq Oxucuya politologiya dərsi keçməsi absurddur. Professional Oxucu Liqası abzas.net kimi mənasız saytları oxuyunca, daha mənalı və dəyərli mətnləri oxumağa çağırır. Aşağısı-aşağısı hər bir Azərbaycan ziyalısı Həmid Herisçi və İlhamiyyə Rzayevanın “Gecə kanalı” kitabını oxumalıdır. Bu kitab müasir dövrdə hər bir ziyalının stolüstü kitabına çevrilməliydi, lakin təəssüflər olsun ki, çevrilmədi. Xüsusən köşə yazarları öz kontekstlərinə yenidən baxmalı, dünya modasını dərindən öyrənməli və imkan dərəcəsində professionallaşmağa çalışmalıdır. Təəssüf ki bizim yazarların, xüsusən köşə yazarlarının çoxu on il qabaq yazdıqları motivasiyanı buraxmır, dünya mətbuatını izləmir, formalaşmağa çalışmır, özləri də bilmədən ətalət içərisində üzürlər. Bum halını almış şeir-roman müsabiqələrini isə Azərbaycanda qadağan etmək lazımdır. Yerliçiliyin tarix boyu heç vaxt indiki kimi dəhşətli vüsat almadığı bir zamanda hansı müsabiqədən söhbət gedə bilər? Özünüz də görürsünüz ki, bir çox ümid bəslədiyiniz müsabiqələrdə tipik azərbaycanlı üçün önəmli olan seksual hisslər əsas stimul oynayır. Qələm sahiblərimiz bu cür mənasız müsabiqələrin yaratdığı dar və vaxt aparan çərçivələr üçün yazmaqdansa, çoxlu oxumalı, həqiqəti öyrənməyə can atmalıdır. Araşdırmalar göstərir ki, tipik Azərbaycan yazarının dünyada baş verənlərdən xəbəri yoxdur. Avanqard dünya mətbuatı ilə müqayisədə bizim mətbuat sönük görünür. “Gecə kanalı” layihəsini çıxmaq şərti ilə bizdə zarubezhom.com və uznai-pravdu.ru stilində yazarlar yoxdur. Həqiqətləri ört-basdır etməməli, bəlkə agah həqiqətləri öz hədəfimiz olaraq təyin etməliyik. Çünkü bizim əsas meyarımız həqiqətləri çatdırmaqdır.

Bizim yazarların çoxunda yuxarıda dediyimiz problemlər vardır və bilmək vacibdir ki, bu problemlər get-gedə daha da faciəli şəkil alır”.

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. saq olun ki butov verdiniz inanin ki bu yaziya gore hetta okeanin o tayindan girib bu sayta baxacaqlar cunki yazida adlari cekilen adminler okeanin o tayinda yasayir
    amma oz aramizdi adini POL-un postmodernistlere muracieti kimi saxlasaydiniz daha tez diqqeti celb edecekdi qezetde ve yazarlar maraq dusub oxuyacaqdilar ele deyil?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button