Rövnəq Abdullayev “Günəşli” yatağında yanğın zamanı xəsarət alanlara baş çəkib

rovneqAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Mərkəzi Neftçilər Xəstəxanasına gəlib.

apa.az-ın məlumatına görə, R. Abdullayev “Günəşli” yatağında yanğın zamanı xəsarət alan şəxslərə baş çəkib.

Xatırladaq ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Mərkəzi Neftçilər Xəstəxanasında qəza nəticəsində xəsarət alan insanlara baş çəkib.   SOCAR rəsmisi qəzadan əziyyət çəkənlərin ailələrinə yardım ediləcəyini bildirib: Ölənlərin və itkin düşənlərin ailəsinə müvafiq yardım ediləcək. Bu barədə sərəncamda da məlumat var.” Qeyd edək ki, SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla da yaralılara baş çəkərək onların səhhəti ilə maraqlanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button