“Rövşən Lənkəranski” kitabının müəllifi üsyan elədi

Bir ay əvvəl İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranski haqqında kitab yazan Bəhram Çələbi “cinayətkarlığın təbliği”nə yönəlik tənqidlərlə razılaşmır.

xural.com a24.az-a istinadən xəbər verir ki, “Qanun” Nəşrlər Evinin çap etdiyi Bəhram Çələbinin “Rövşən Lənkəranski” adlı kitabı sosial şəbəkələrdə tənqidlərə tuş gəlib. Mərhum kriminal avtoritetlə bağlı kitabın nəşrini tənqid edənlər bu addımı cinayətkar dünyanı populyarlaşdırmaq cəhdi kimi qiymətləndiriblər.

Sözügedən tənqidlərlə bağlı A24.Az-a açıqlama verən “Rövşən Lənkəranski” kitabının müəllifi Bəhram Çələbi bildirib ki, kriminal aləm və onun məşhur liderləri haqqında əsərlərin nəşrini süngü ilə qarşılamaq doğru deyil: “Bu kitabların dərci ilə müəllifin və naşirin guya cinayətkarlığı təbliğ etməsi haqda iddialarla azılaşmıram. Məsələn, “Xaç atası” əsəri və filmi kult əsərlər sırasındadır. Amma heç kəs bu əsərə başqa prizmadan yanaşmır. Belə kitablar və ya filmlər cəmiyyətə mənfi təsir göstərirsə, onda “Xaç atası”nı niyə qadağan etməyiblər? Bilirsiniz ki, indiyə kimi bir çox kriminal avtoritetlər haqqında kitab yazmışam və onlar maraqla qarşılanıb. Ded Xasanın qətlindən sonra nüfuzu daha da artan Rövşən Lənkəranski kriminal aləmdə və şişirtmə olmasın, dünyada tanınan şəxslərdən biri olub. Son bir neçə ildə Lənkəranski ilə bağlı materialları toplayaraq yeni kitab üçün baza yaradırdım. Onun qətlə yetirilməsindən sonra kitabı çapa hazırladım və nəşr edildi. Bu kitab cinayətkarlığın təbliği hesab olunmamalıdır. Əksinə, mən oxucuya bu yolun hara apardığını göstərməyə çalışmışam”.

rovshen

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button