Rövşən Lənkəranskinin izdihamlı dəfni: Reportaj – FOTOLAR

İstanbulda naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilən kriminal avtoritet, “qanuni oğru” Rövşən Lənkəranski  bu gün doğulduğu rayonda – Lənkəranda dəfn edildi. 

Strateq.az-ın dəfndə iştirak edən əməkdaşının məlumatına görə, Rövşən Canıyevin nəşi evdən götürülərək Kiçikbazar məscidinə gətirildi. Elə məscidin həyətində yas mərasimi üçün mağarlar qurulub.

Gecədən etibarən Rövşən Canıyevin evi qarşısında çoxsaylı adamlar toplaşıblar. Onların içində Azərbaycanın müxtəlif yerlərindən, o cümlədən MDB-dən gəlmiş xeyli şəxs vardı.

20160819_095440

Dəfn mərasimindən əvvəl məscidin həyətinə toplaşmış minlərlə insan Rövşən Canıyevlə vidalaşmaq üçün məcsidə daxil olurdular. Təziyə mərasiminə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi rəhbərlik edirdi.

O, dəfn mərasiminin sakit və mərhumun xatirəsinə hörmətlə yola verməyə çağıraraq gəncləri çılğın hərəktlər etməməyə, şüar qışqırmamağa çağırdı. Saat 10-da cənazə namazı qılındıqdan sonra mərhum qəbiristanlığa aparıldı. Rövşənin cənazəsi qohumların vidalaşması üçün son dəfə doğulduğu evin həyətinə gətirildi. Bundan sonra izdiham yola davam etdi.

Yolboyu 100-lərlə insan dəfn karvanına qoşulurdu. Yol kənarına çıxmış qadınlar ağlayaraq öz ehtiramını göstərirdilər.

20160819_102135

Polis şəhərin mərkəzi yolunu bağlayaraq izdiamın normal hərəkətini təmin etmişdi. Mərasim yürüşünün əvvəlində Azərbaycan və rus dillərində yazılmış “Qardaşlardan xatirə” yazılmış böyük əklil aparılırdı. Öndə gedən maşından isə yolboyu küçəyə qırmızı qərənfillər səpilirdi.

10 minlərlə insanın qatıldığı mərasim qəbiristanlığa daxil olduğu zaman burada onları gözləyən yüzlərlə insan onlara qoşuldu. Hüzr mərasiminə kriminal aləmin nümayəndələri ilə yanaşı, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri də qatılmışdılar. Milli Məclisin deputatı Fəzail Ağamalı, tanınmış müğənni Elton Hüseynəliyev da mərasimdə iştirak edirdi.

Hüzr mərasimindəki qələbəlik barədə danışan rayon sakinləri deyirdilər ki, Lənkəranda bu cür izdiham adətən Məhərrəmlik  zamanı müşahidə olunur.

Rövşən Lənkəranski (Canıyev) Kiçik Bazar qəbiristanlığında, atasının yanında torpağa tapşırıdı.

20160819_102433

20160819_102823

20160819_103520

20160819_103036

20160819_105214

20160819_105002

20160819_114828

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button