Rüfət Səfərovun anası aclıq aksiyasına başladı

Siyasi məhbus, keçmiş müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova aclıq aksiyasına başlayıb. Bu barədə Səfərovun ailəsi adından məlumat yayılıb.

Məlumatda deyilir ki, Rüfət Səfərov martın 10-da 9 saylı cəzaçəkmə müəssisəsində ailəsi ilə görüşüb: “Rüfətin durumu çox ağır idi. Bu da görünür karsa salınan zaman ona göstərilən işgəncə faktları ilə bağlıdır. Rüfətin anası Tahirə xanım oğlu Rüfətə qarşı nümayiş etdirilən aşkar təqib və təzyiqlərə etiraz edərək artıq aclıq aksiyasına başlamışdır. Yaxın saatlarda ananın Azərbaycan xalqına, insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlara və ölkənin hüquq müdafiəçilərinə müraciəti olacaqdır”, – deyə məlumatda bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button