Rus-erməni şantajına boyun əyməməliyik!

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bəyanat verib. Xural.com-a daxil olan bəyanatda deyilir:

ağasif şakiroğlu
“Aprelin 1-i saat 00:20 radələrində təmas xəttinin şimal istiqamətində hərbi qarşıdurma zamanı Azərbaycan Milli Ordusunun göstərdiyi qətiyyət olduqca qürurvericidir.

Məlumdur ki, Azərbaycanın son dövrlər siyasi manevrlər etməsi, demokratik dünyaya yaxınlaşmaq cəhdləri və bu cəhdlərin nəticəsində Rusiya Federasiyasının şantajı ilə üz-üzə gəlməsi gözlənilən idi.

Şəxsən mən və rəhbərlik etdiyim siyasi partiya son hadisələrin fonunda bir xalq olaraq həmrəylik göstərib Rusiya Federasiyasının siyasi-hərbi şantajına qarşı Həmrəylik nümayiş etdirilməsinin və Rus-Erməni işğalına birdəfəlik son verilməsinə nail olmağın tərəfdarıyıq!

Əgər mövcud şəraiti iqtidar və şəxsən prezident İlham Əliyev dəyərləndirərsə, Gələcək Azərbaycan Partiyası olaraq biz hər an siyasi mübarizədən çəkinməyə, Gələcək Azərbaycan Partiyası olaraq Azərbaycanın Gələcəyi, Ərazi Bütövlüyünün bərpası istiqamətində cəbhədə düşmənlə savaşmağa tam hazır olduğumuzu bəyan edirik! Azərbaycanın ərazi bütövlüyü, suverinliyi və şəhidlərimizin qanının yerdə qalmaması üçün Hakimiyyətin ata biləcəyi istənilən qətiyyətli addımın yanında olduğumuzu açıq formada bəyan edirik! Heç bir formada bu siyasi və hərbi rus şantajının qarşısında təslim olmaq olmaz!

Prezident İlham Əliyevdən Azərbaycanın ərazi bütövlüyünün birdəfəlik bərpası istiqamətində prinsipial və tarixi qərar gözləyirik. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində verilə biləcək istənilən qərarda İlham Əliyevin yanında olacağımızı açıq formada ifadə edirik! Azərbaycan ŞƏHİDLƏRİNİN QANI YERDƏ QALMAYACAQ!

Allahdan bütün Şəhidlərimizə Rəhmət, ailələrinə isə səbr diləyirik!..”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button