Rusiya deputatı və senatoru azərbaycanlı biznesmenə təzyiqlər haqda

Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovun yaxtasının London məhkəməsinin çıxardığı mübahisəli qərar əsasında Dubayda həbs edilməsi ətrafında beynəlxalq qalmaqal davam etməkdədir. Xəbər verildiyi kimi Dubayın beynəlxalq kommersiya məhkəməsi DFİC “ingilis hüququ” əsasında biznesmenin yaxtasına bu ilin fevralında həbs qoyub. F.Əhmədovun nümayəndəsi bu qərardan apellyasiya verib.

“Fərhad Əhmədovun aktivlərinin “britaniya hüququ əsasında” təqib edilməsi Qərbin antirusiya kampaniyasının tərkib hissəsidir”-Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyev belə hesab edir.

Virtualaz.org xəbər verir ki, Həsən Mirzəyevin bu mövzu ilə bağlı şərhindən “Rosbalt” agentliyi  sitat gətirib.

Agentlik xatırladır ki, Dubayn beynəlxalq kommersiya məhkəməsi (DFİC) ingilis məhkəməsinin qərarına əsaslanaraq Fərhad Əhmədovun ailə investisiya fonduna məxsus olan “Luna” yaxtasına həbs qoyub.

“Əhmədova qarşı təqiblər onun Rusiya və Böyük Britaniya vətəndaşlığı daşıyan keçmiş arvadının iddiası əsasında başlayıb. Məsələnin incəliyi ondadır ki, Böyük Britaniyada hansı işin qaldırılmasından asılı olmayaraq məsələ bizim vətəndaşlarımıza gələndə onların məhkəmələri bir qayda olaraq tamamilə məxsusi qaydada işləyir”-hüquqşünas “gazeta.ru”ya müsahibəsində deyib. («Газете.ру»)

Həsən Mirzəyev

Bu mövzu ilə bağlı “Parlamentskaya qazeta” da məqalə dərc edib və ekspertlərin rəylərinə yer verib. Rəyi soruşulan ekspertlər əmindir ki, əgər Rusiya Qərbin təzyiqlərinə sistemli cavab işləyib hazırlamasa o zaman iqtisadi itkilər elə böyük olacaq ki, Qərbin sanksiyalarının nəticəsində soyulmuş şirkətlərin üzləşdiyi iqtisadi ziyanı “yamamaq” üçün heç bir büdcə kifayət etməyəcək. Ona görə də bu ziyanın qarşısını almaq üçün dövlət hərəkətə keçməlidir, Rusiya iş adamlarının, işgüzar dairələrinin maraqları beynəlxalq səviyyədə qorunmalıdır.

Real Siyasət Akademiyasının vitse-prezidenti Sergey Solovyovun fikrincə dövlət tərəfindən tədbirlər Qərbin sanksiya tapşırıqlarını yerinə yetirən ölkələrə qarşı yönəlməlidir. Məsələn, ekspertin sözlərinə görə, Dubaya ildə 6 milyona yaxın rusiyalı turist gedir. “Əgər NATO ölkəsi Türkiyə bu qədər böyük təzyiqlərə baxmayaraq bir nəfər də olsun Rusiya diplomatını xaric etmədisə və S-400 komplekslərinə dair müqaviləni pozmadısa nəyə görə biz Rusiyanın maraqları ilə hesablaşmağı gərək bilməyən ölkələrə qarşı susuruq? Pullarımızı elə yerlərə yönəltməliyik ki, orada bizə hörmət edirlər. Elə yerlərə yox ki, ancaq səhrada süni qumdan, bahalıqdan və beton monumentlərdən ibarətdir”-politoloq Dubayı nəzərdə tutaraq deyib.

Beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış rusiyalı parlamentarilər də bu mövqe ilə razıdır. Məsələn, Federasiya Şurasının üzvü Oleq Morozov Viktor Vekselberqin hesablarının bu yaxınlarda dondurulmasını və Fərhad Əhmədovun ailə fonduna məxsus olan yaxtaya həbs qoyulmasını şərh edərkən deyib: “Mənə elə gəlir ki, bu hallar böyük zəncirin kiçik hissələridir, hansı ki, bunu geniş mənada sanksiya siyasəti, daha geniş mənada isə Rusiyaya qarşı bütün istiqamətlərdə geosiyasi təzyiq adlandırmaq olar. Hesab edirəm ki, bu cür əhvalatlar təkcə vətənpərvər mövqeli biznesmenlərə qarşı baş verməyəcək, xaricdə aktivləri olan istənilən sahibkar bu kimi təzyiqlərə məruz qala bilər”.

Oleq Morozov

Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutski isə bunları deyir: “Xarici dövlətlərin hakimiyyətləri tərəfindən Rusiya vətəndaşlarına qarşı istənilən bu cür özbaşınalıq, o cümlədən biznesmenlərin xaricdəki aktivlərinin, mülkiyyətlərinin həbsi əlbətdə, yolverilməzdir. Hələ bunlar üstəlik siyasi motivlərlə baş verirsə ikiqat yolverilməzdir. Əmin edirəm ki, Rusiya hər bir belə halı diqqətlə izləyir və izləyəcək. Biz rusiyalıların haqlarının tapdalanmasına birmənalı şəkildə yol verməyəcəyik. Və onlara bütün səviyyələrdə dəstək göstəriləcək”.

Leonid Slutskiy

Qeyd edək ki, Dubayın beynəlxalq kommersiya məhkəməsi yaxtaya həbs qoyulması qərarından verilmiş apellyasiya şikayətinə mayın 14-də baxmalıdır. Dubay məhkəməsinin Londonun sifarişi ilə F.Əhmədovun əmlakına həbs qoyması onun son zamanlar Rusiyanın maraqlarını beynəxalq mediada qızğın müdafiə etməsi və Qərbə qarşı tənqidləri ilə bir vaxta təsadüf edib. Hansı ki, daha əvvəl London məhkəməsi F.Əhmədovun özünün və vəkillərinin iştirakı olmadan onun hələ 2000-ci ildə Rusiyada rəsmən boşandığı keçmiş arvadının təzminat iddiasını təmin edib. Ardınca biznesmenin bütün dünya üzrə aktivlərinin axtarışına başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button