Rusiya Ermənistan və Azərbaycan arasında humanitar əlaqələri yoluna qoyacaq

23.01.2012

Sergey Lavrov: Medvedev Ermənistan və Azərbaycan arasında humanitar əlaqələri yoluna qoyacaq

Ermənistan və Azərbaycan prezidentləri Soçidə Rusiya prezidentinin iştirakı ilə üçtərəfli görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində irəliləyişi təmin etmək üçün maksimalist mövqelərdən uzaqlaşmaq zərurətini etiraf ediblər. Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov 23 yanvar görüşü başa çatdıqdan sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, tərəflər konkret mürəkkəb mövzular üzrə fikir mübadiləsi aparıblar və mövqelərinin yaxınlaşdırılması üzrə səyləri davam etdirməyin tərəfdarı olduqlarını bildiriblər. O qeyd edib ki, görüş zamanı “hələlik razılaşdırılmamış bütün məsələlər Qarabağ nizamlanmasının əsas prinsipləri layihəsinə daxildir”.

“Görüş iştirakçıları ümumi prinsiplər üzərində işi sürətləndirməyə və sonradan sülh sazişinin hüquqi öhdəliklərinin hazırlanmasına keçməyə hazır olduqlarını bildiriblər”, deyə Rusiya XİN rəhbəri bildirib.

Rusiya dövlət KİV-lərinin yaydığı məlumata görə, Lavrov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri iki ölkə arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmaq xahişi ilə Rusiyaya müraciət ediblər: “Dmitri Medvedev, əlbəttə ki, razılaşıb”.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri vasitəçilərdən atəşkəs xətti boyunca insidentlərin araşdırılması məqsədilə konkret prosedurların yerinə yetirilməsi üzrə təkliflər gözləyirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri insidentlərin araşdırılması mexanizmini təsvir edən məruzə hazırlayıblar və bu gün məruzə prezidentlərə təqdim olunub. “Prezidentlərə belə insidentlərin araşdırılması üzrə konkret prosedurlar müəyyən edilməsinə əsaslanaraq, bu işi davam etdirmək tapşırılıb.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button