Rusiya hərbi təyyarələri İŞİD mövqelərinə 158 zərbə endirib
Rusiyaya məxsus hərbi təyyarələr Suriyanın Palmira şəhərində terrorçu İŞİD təşkilatının mövqelərinə gün ərzində 158 zərbə endirib.
Report.az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, RusiyaMüdafiə Nazirliyi aviazərbələr nəticəsində yüzdən çox terrorçunun öldürüldüyünü, 3 artilleriya qurğusu və 4 tankın məhv edildiyini açıqlayıb.
Hazırda terrorçular Palmiranın şərq və qərb hissələrində Bəşər Əsəd qüvvələrinə müqavimət göstərir.