Rusiya pilotunu vuran Alparslan Çelik həbs edildi –Türk polisindən gözlənilməz əməliyyat

alparslan-celik

Türkiyə hava sahəsini pozduğu səbəbindən vurulan Rusiya qırıcısının pilotunu öldürdüyü iddia edilən Alparslan Çelik bir qrup dostu ilə gəldiyi İzmirdə həbs edilib. 

Türkiyə mediası xəbər verir ki, Alparslan Çelik İzmirin Hatay səmtində restoranda yemək yediyi zaman14 nəfərlə birlikdə saxlanılıb.

Qeyd edək ki, Alparslan Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus Su-24 təyyarəsinin paraşütlə xilas olmağa çalışan pilotunu vurması ilə gündəmə gəlmişdi. Çelik Suriya ərazisi hesab edilən Bayır-Bucaq türkmənlərlə birlikdə Bəşər Əsəd rejiminə qarşı savaşan qruplardan birinin komandiri kimi də təqdim edilirdi.   Məlumata görə, Çelik 14 türkmən silahdaşı ilə birlikdə az öncə İzmir şəhərinə gəlib.

Bu arada xəbərlər gəzirdi ki, Alparslan Çelik Rusiyanın xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülüb. Lakin onun qəfildən İzmirdə ortaya çıxması və polis tərəfindən həbs edilməsi marağa səbəb olub.

Türkiyə mediası xəbər verir ki, Alparslan Çeliyin Hayat bölgəsində 14 nəfər silahdaşı ilə birgə nahar etdiyi haqda məlumat polisə çatdırılıb.

Polisə verilən məlumatda iddia edilib ki, Çeliyin də aralarında olduğu 14 nəfər silahlı restoranda əyləşib. Bundan dərhal sonra polis hərəkətə keçib və 14 türkməni həbs edib.

Aparılan araşdırma zamanı saxlanılan 14 nəfərlik qrupdan bir “Kalaşnikov” avtomatı, iki tapança, habelə çoxlu sayda patron götürülüb. Qrup üzvlərinin ifadəsini almaq məqsədilə onlar polis idarəsinə aparılıb.

Saxlanılan  şəxslərdən Sərxan Qurtuluşun vəkili Sidik Caner türkmənlərin saxlanılması faktını qəbul etmədiklərini bəyan edib.

Teleqraf.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button