Rusiya Silahlı Qüvvələri: “Hələbə hücum etməyəcəyik!”

Sergey Rudskoy

“Rusiya Suriyanın Hələb şəhərinə hər hansı hərbi əməliyyat planlaşdırmır”

Bunu Rusiya ordusunun Baş Qərargahı yanında Baş Əməliyyat Dairəsinin rəisi Sergey Rudskoy deyib. O, Moskvada təşkil edilən mətbuat konfransında verdiyi açıqlamada atəşkəs razılaşmasına sadiq qalacaqlarını və bu razılığın şərtlərinə əməl edən qruplara qarşı hava hücumu həyata keçirməyəcəklərini vurğulayıb.

Daha əvvəl rus mətbuatında Dəməşqi ziyarət edən rus millət vəkillərinə istinadən verilən xəbərlərdə Suriyanın baş naziri Vail Nadir Xəlqinin rus ordusu və rejim güclərinin Hələbə qarşı əməliyyat planlaşdırdıqlarını söylədiyi iddia edilmişdi.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button