Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İrəvanda! – KTMT-nin iclası başlayır

valeri-gerasimov

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov İrəvana gedib. 

Rusiya mətbuatı xəbər verir ki, Valeri Gerasimov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirləri Şurası yanında Hərbi komitənin iclasında iştirak edəcək.

İclas zamanı KTMK kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə hədələr və çağırışlar müzakirə olunacaq.

Hərbi komitənin iclasında KTMK-nın baş katibi Nikolay Bordyuja və Hərbi komitənin üzvləri də ( KTMK Birləşmiş qərargahının rəisi, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan Silahlı Qüvvələrinin Baş qərargahlarının rəisləri vəKTMK Birləşmiş qərargahındaQırğızıstan Silahlı Qüvvələrinin nümayəndəsi) iştirak edəcəklər.

AzNews.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button