Rusiya Xəzər donanmasını Həştərxandan Dağıstana köçürür
Yazıldığı tarix 2 Aprel 2018
0
337 dəfə oxunub

Rusiyanın Xəzər donanması bundan sonra Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.
Həştərxandan Kaspiyskə köçəcək donanmanın hərbi qulluqçularının sayı da xeyli artacaq.
Nazir bildirib ki, donanmanın köçürülməsi ilə əlaqədar Kaspiyskdə genişmiqyaslı tikinti işləri aparılacaq. Şoyqu qeyd edib ki, donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin ciddi tərkib hissəsidir.