Rusiyada güllə açılan azərbaycanlılara “cinayətkar” dedilər

  • Rusiyada azərbaycanlıların iştirak etdiyi kütləvi dava ilə bağlı yeni cinayət işi açılıb
  • Rusiyanın Amur vilayətinin Mixaylovski rayonunda azərbaycanlılarla ruslar arasında baş vermiş kütləvi dava ilə bağlı vilayət prokurorluğunda yenidən cinayət işi açılıb.

xural.com apa.az-a istinadən xəbər verir ki, bu barədə Amur vilayəti azərbaycanlıları konqresinin sədri Məhəmməd Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bir neçə azərbaycanlının güllə yarası alması ilə nəticələnən hadisəyə əvvəlcə rayon hüquq-mühafizə orqanları yanlış formada qiymət verərək, yalnız  azərbaycanlıları müqəssir bilmək istəyib.

Məhəmməd Əsgərov bildirib ki, vilayətdə yaşayan azərbaycanlılar adından diasporun rəsmi müraciətindən sonra iş vilayət prokurorluğuna verilib və nəticədə yeni cinayət işi qaldırılıb. M. Əsgərov mayın 9-da baş vermiş hadisənin təfərrüatını da açıqlayıb.

O qeyd edib ki, hadisə nəticəsində yaralanan İnşallah Həsənov, Vahid Rzayev və digər həmyerlilərimizin vəziyyəti yaxşı olsa da, Sədyar Həsənov sol gözünü itirib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button