Rusiyada da Valentin günü qadağan olundu!

“Valentin günü rus milli dəyərlərinə ziddir”

Belqorod valisi Qriqori Bolotnov bu qadağanı «sakinlərin mənəvi təhlükəsizliyinin təmini» üçün vacib sayır. O, universitet tələbələrinin fevralın 14-də təşkil olunacaq şənliklərə, diskotekalara qatılmasını qadağan edib.

Valentin gününü «rus milli dəyərlərinə zidd» adlandıran Bolotnov hesab edir ki, «həmin gün təşkil olunan şənliklər gənclərin tərbiyəsinə mənfi təsir göstərir, onların özlərini əxlaqsız aparmalarına gətirib çıxarır». Bu səbəbdən Belqorodda Valentin günü təntənəli şənliklərin əvəzinə klassik musiqilərin fonunda sadə qeyd olunan «Ortodoks gənclər günü»ylə əvəz edilib. Bu qərarı Rus Ortodoks Kilsəsi də dəstəkləyib.

Valinin qərarı ilə Valentin günü ilə bağlı hədiyyələrin reklam satışı da qadağan edilib.

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button