Rusiyada psixonevroloji dispanserdə yanğında ölənlərin hamısının cəsədi tapılıb, ölü sayı 23-ə çatıb

Психоневрологического диспансера в Воронежской области

Rusiyanın Voronej vilayətindəki psixonevroloji dispanserdə baş verən yanğında ölənlərin hamısının cəsədi tapılıb. apa.az-ın RİA Novosti agentliyinə istinadın verdiyi məlumata görə, bununla da, ölənlərin sayı 23-ə çatıb.  

***

saat 08.17

Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. Bu barədə “TASS”a Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.

“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.

Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.  Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir.

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.

Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda  nasazlıq olub.

İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.

***** 06.59

 Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 9-a çatıb. Bu barədə “TASS”-a hadisə yerində yaradılan operativ qərargahdan bildirilib.

“Hadisə yerində uçqunun altından daha iki nəfərin yanmış meyiti tapılıb. Beləliklə, yanğın qurbanlarının ümumi sayı 9-a çatıb”, deyə məlumatda bildirilir.

Məlumata görə, hadisə nəticəsində daha 12 nəfər itkin düşmüş hesab edilir.

Bundan əvvəl yanğın nəticəsində 7 nəfərin öldüyü bildirilmişdi.

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda  nasazlıq olub.

**** 05.03

Rusiyanın Voronej vilayətində psixonevroloji internatda baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb. apa.az-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib.

“Ölənlərin sayı yeddi nəfərə çatıb, 22 nəfər xəstəxanaya yerləşdirilib”, deyə qurumdan bildirilib.

Məlumata görə, hazırda 3 nəfər reanimasiyaya yerləşdirilib,  17 nəfər itkin düşmüş hesab edilir. Binadan ümumilikdə 55 nəfər təxliyə olunub.

Yanğın hazırda lokallaşdırılıb.

İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button