Rusiyada Qarabağla bağlı rəy sorğsunun gözlənilməz nəticələri: Ruslar kimi dəstəkləyir?

fond

Rusiyada Qarabağ münaqişəsi ilə bağlı keçirilən rəy sorğusu maraqlı nəticələri üzə çıxarıb.

Strateq.az bildirir ki, tanınmış “İctimai Rəy” Fondu  9-10 aprel tarixlərində Rusiyanın 53 subyektinin 104 yaşayış məskənində 1500 nəfər arasında son hadisələrlə bağlı sorğu aparıb.

Rəyi soruşulanların 52 faizi hesab edir ki, Moskva münaqişə tərəflərinin heç birini dəstəkləməməlidir. Sorğu iştirakçılarının 23 faizi Qarabağda vəziyyətin gərginləşməsini sorğunu aparan sosioloqlardan öyrəniblər.

“Rusiya hansı mövqeni tutmalıdır?” sualına respondentlərin 52 faizi “heç bir tərəfi müdafiə etməməlidir” cavabını verib. 6 faiz Ermənistanı, 1 faiz isə Azərbaycanı dəstəkləyib. 23 faiz cavab verməkdə çətinlik çəkdiklərini deyiblər.

Rusiya vətəndaşlarının 76 faizi aprel ayında Qarabağda vəziyyətin gərginləşməsindən bu və ya digər dərəcədə məlumatlı olub.

Rəy sorğusunun nəticələrinə görə, respondentlərin 40 faizi hesab edir ki, Rusiya münaqişənin həll olunması üçün ondan asılı olan hər şeyi etməlidir. 30 faizinin fikrincə isə Moskva bu məsələdə böyük aktivlik nümaiyş etdirməməlidir.  11 faiz isə cavab verməkdə çətinlik çəkib.

Rusiyanın tanınmış və aparıcı təşkilatı olan “İctimai Rəy” Fondu 1991-ci ildə yaradılıb. 1996-cı ildə Fond eks-prezident Boris Yeltsinin seçki qərargahının sosioloji xidmətinə rəhbərlik edib. Qurum analoji rolu 1999-2000-ci il və 2004-cü ildə Vladmir Putinin seçki qərargahında oynayıb.  

Fondun materiallarının əsas sifarişçisi Rusiya Prezident Administrasiyasıdır.

X.SƏFƏROĞLU

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button