Rusiyadan Qərbə ciddi mesaj – VİDEO

moskvaRusiya yeni hərbi texnikasını belə nümayiş etdirəcək

Bu gün Alman faşizmi üzərində qələbənin 70 illiyi münasibətilə Rusiyanın paytaxtı Moskva şəhərində, məşhur Qızıl meydanda hərbi paradın baş məşqləri keçirilir.

XuralTAC-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu dəfəki hərbi parad müasir Rusiyanın tarixində ən geniş miqyaslı parad kimi yadda qalacaq. Paradda 15 min nəfərin iştirak edəcəyi, 200 hərbi texnikanın, 140 hərbi təyyarə və vertolyotun nümayiş etdiriləcəyi gözlənilir. Bundan başqa Rusiya paradda özünün ən müasir hərbi texnikasını nümayiş etdirmək niyyətindədir.

Artıq hərbi texnikanın Qızıl Meydana daşınması prosesinə başlanılıb. Texnika şəhərin içi ilə, sakinlərin və qonaqların gözü qarşısında asta sürətlə müəyyən olunmuş yerə çatdırılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button