Rusiyanın BMT-dəki səfiri Türkiyədən əl çəkmir

curkin

İŞİD və əl-Nusra kimi terror təşkilatlarının Suriyaya xarici döyüşçü və silah aparmasının, neft, tarixi əsər və digər bu kimi mallar ixrac etməsinin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədləri bağlanmalıdır”.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, Rusiyanın BMT səfiri Vitali Çurkin, BMT Təhlükəsizlik Şurası toplantısında bu məsələni qaldırıb.

Associated Press”-in məlumatına görə, Çurkin, həmçinin bildirib: “Türkiyə terrorçulara təchizat axışını kəsmək üçün lazım olan hər şeyi etdiyinə inanırsa, bunun müstəqil müşahidəçilər tərəfindən dəlillərlə dəstəklənməsinə də şərait yaratmalıdır”.

Səfir antiterror fəaliyyətlərinin müzakirəyə çıxarıldığı yığıncaqda İŞİD-ə qarşı hərtərəfli ticari və iqtisadi sanksiyaların tətbiqinin lüzumlu olduğunu vurğulayıb.

Rus diplomatı daha əvvəl BMT-yə yazdığı məktubda da Türkiyəni “xilafət” nümayəndələrinə silah-sursat təmin edən əsas təchizatçı ölkə olmaqda günahlandırmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button