Ölkəni birdəfəlik tərk etməsi xəbərinə Ruslan İzzətlidən açıqlama

Bu gün bir sıra media orqanları D18 Hərəkatının başqanı Ruslan İzzətlinin Müsavat Partiyasının sentyabrın 18-də keçirdiyi mitinqdən sonra ölkəni tərk etdiyini və siyasi sığınacaq almaq üçün Türkiyəyə üz tutduğunu yazıb. Hətta R. İzzətlinin qorxaraq Türkiyəyə  qaçdığını yazanlar da var. 
Musavat.com xəbər verir ki,  R. İzzətli öz facebook səhifəsində yazılanları yalan adlandıraraq tezliklə ölkəyə dönəcəyini yazıb: “Dostlar, hakimiyyətin yandaş mediası ölkədən qaçmağım haqda xəbərlər yayırlar. Onlara cavab vermək fikrim yoxdur. Tezliklə ölkəyə dönəcəm. O zaman nə yazacaqlar maraqlıdır”.
Bundan başqa, onun səhifəsində ölkəyə dönüş üçün əvvəlcədən aldığı biletin də şəkli yayımlanıb.
Xatırladaq ki, R.İzzətli Türkiyəyə tez-tez səfər edən siyasi gənclərdəndir. Onun Türkiyəyə getməsinin qorxması və ya siyasi sığınacaq almaq istəyi ilə heç bir əlaqəsinin olmadığı bildirilir.
Xural.com-n əməkdaşları R.İzzətli ilə əlaqə saxladılar. Ruslan bəy Ankarada olduğunu bildirdi və iqtidaryönlü mətbuatın yazdıqlarını ciddiyə almadığını dedi: “İşim var, görüşlərim var. Onları bitirib qayıdacağam. Heç kim narahat olmasın. Cümhuriyyətçilər mübarizədən qaçmırlar…”
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button