Rüstəm İbrahimbəyovun vəkili hakimləri qeyri-müstəqil adlandırdı

vekil28.06.2013

İyunun 28-də Səbail rayon Məhkəməsində Ziyalılar Forumunun, Milli Şuranın həmtəsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hakim hakim Elşad Şamayev Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənova qarşı iddianın təmin edilməməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, iddiaya səbəb Əli Həsənovun yerli agentliklərdən birinə müsahibəsində R.İbrahimbəyovu “qeyri-peşəkar” adlandırması, Şəhidlər Xiyabanının yaxınlığında ona məxsus restoran və əyləncə yerlərinin olmasında ittiham etməsidir. Cavabdeh tərəf bu dəfə də məhkəmədə iştirak etməyib. Hakim E. Şamayev uzun sürən müşavirədən sonra iddianın təmin edilmədiyi barədə qərarı elan edib.

Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev “Obyektiv.tv”-yə müsahibəsində bu qərarın Azərbaycanda hakimlərin qeyri-müstəqil olmasının nümayişi kimi dəyərləndirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button