Rüstəm Behrudinin İmza günü və şeir gecəsi keçiriləcək

Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin “XAN” nəşriyyatının “Çağdaş Ədəbiyyat” seriyasında nəşr olunmuş “Şaman duasından dar ağacına” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək. 
Xural.com Parafraz-a istinadən xəbər verir ki, kitabdakı şeirlər “Qurd başlı tuğlar bizim”, “Çıxıb getməyə qurulub onsuz da bütün saatlar”, “Məzarlıqda  bitən yovşan” və “Mən dəli, havalar dəli” sərlövhələrində birləşdirilib.
Kitabın redaktoru dosent Şəmil Sadiq, rəssamı Pəri Miniatürdür.
Tədbirdə şairin şeir gecəsi də keçiriləcək.
Təqdimat 25 noyabr, saat 15:00-da “Kitabevim.az” mağazalar şəbəkəsinin mərkəz filialında keçiriləcək.
Ünvan: Puşkin küç. 32 a (AK center II mərtəbə, 28 may m/s yaxınlığı)
Tel.: 012 498 79 89, 055 877 24 44

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button