Rüstəm İbrahimbəyovun Bakıya dönüşü Milli Şuranın qərarı ilə olacaq -VİDEO

07300004433131.07.2013

İyulun 30-da Tiflisdə Milli Şuranın iclası keçirilib. Müşavirədə Milli Şurasın sədri, Milli Şuranın icra aparatının rəhbəri, komissiya sədrləri, siyasi partiya sədriləri və onların təmsilçiləri iştirak etmişdilər.

Görüşdən sonra Milli şuranın aparat rəhbəri Eldar Namazov bildirib ki, müşavirədə  Azərbaycandakı seçkiqabağı mühit, Milli Şuranın vəzifələri, seçkilərə hazırlıq və Milli Şuranın vahid namizədinə süni sürətdə yaradılan problemlər müzakirə olunub. Müşavirənin yekunu olaraq aşağıdakılar məqsədəuyğun sayılıb.

Müşavirə iştirakçıları Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina ilə bağlı prosesin sürətləndirilməsi üçün vacib olan addımları müzakirə ediblər.

Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texiniki təşkilatı sahədə hazırlıq işləri, eyni zamanda,  ictimai və beynəlxalq rəyin hazırlanması sahəsində aparılan iş tamamlanmadığından;

   -Vətəndaşlıqdan imtina edilməsi ilə bağlı Rusiya qanunvericiliyində nəzərdə tutlduğu kimi şəxsən iştirakı tələb olunduğundan müşavirə iştirakçıları Rüstəm İbrahimbəyovun 31 iyul 2013-cü il tarixdə Bakıya dönüşünü məqsədəuyğun hesab etməmişdir. Eyni zamanda Rüstəm İbrahimbəyovun Bakıya dönüşünün Milli Şuranın qərarı ilə olması məqsədəuyğun sayılıb.

Müşavirədə həmçinin  Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasında qeydə alınması üçün zəruri addımlar barədə fikir mübadiləsi aparılıb.

Milli Şuranın əsasnaməsinə uyğun olaraq, qurumun komissiya sədrlərinin və partiya təmsilçilərinin, icra aparatının və seçki qərargahı rəhbərlərinin iştirakı ilə Məşvərət Şurasının yaradılması sədrə tövsiyyə olunsun.

Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi üçün RF prezidenti V. Putinə müraciət edilməsi də məqsədəuyğun hesab edilib.

Müşavirədə  noyabrda Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ərəfəsində Azərbaycan hökumətindən prezident seçkilərinin demokratikliyinə təminat verilməsi ilə bağlı səylər göstərilməsi üçün AB-yə müraciət olunsun.

Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkidə sərbəst iştirakı ilə bağlı ABŞ Konqresinə və Dövlət Departamentinə müraciət məqsədəuyun sayılıb.

Müşavirədə həmçinin MŞ işinin gücləndirilmıəsi də zəruri hesab edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button