Rüstəm İbrahimbəyovun namizədliyi sabah elan olunur

images (7)23.06.2013

Demokratik Qüvvələrin Milli Şurasının üzvləri  iyunun 24-ü mərhum eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək.

Xatırladaq ki, İyunun 24-də Azərbaycanın ilk prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.  Anım mərasimində Milli Şuranın üzvləri və İctimai Palataya daxil olan partiyaların fəalları iştirak edəcəklər. Əbülfəz Elçibəyin məzarı üstündə ucaldılan abidəsi önünə gül çələngi qoyulacaq, ruhuna dualar oxunacaq.

Mərasimdə AXCP sədri Əli Kərimli,  Müsavat başqanı İsa Qəmbər və digərlərinin çıxış edəcəyi və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun prezidentliyə vahid  namizədliyi elan olunacaq. Görkəmli ictimai və incəsənət xadimi Rüstəm İbrahimbəyov namizədliyinin irəli sürülməsinə razılıq verdiyi haqda artıq məlumat var. Onun bu qərarı qəbul etməsinə Milli Şuranın keçirilən ilk sessiyası səbəb olub.

İyunun 24-ü Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov R.İbrahimbəyovun seçkilərə qatıldığını Əbülfzə Elçibəyin məzarı üstündə rəsmən elan edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button