Rza İbadov Bakıya niyə gəlib?

Bir zamanlar yüksək vəzifələrdə təmsil olunan, son illər Avropada siyasi mühacir kimi həyat yaşayan Rza İbadov Bakıdadır. Onun prezident seçkiləri öncəsi Bakıya gəlişinin səbəbləri haqqında özəl mənbələr tərəfindən xural.com-a bəzi xəbərlər sızdırılıb. Sən demə, Avropada yeni formalaşmaqda olan siyasi hərəkatın arxasında dayanan maliyyə qaynaqlarından biri də Rza İbadov imiş və bu haqda Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə məlumatlandırılıbmış. Xural.com-a verilən özəl informasiyalarda deyilir ki, məsələnin üstünün açıldığını görən Rza İbadov çıxış yolunu Bakıya gəlməkdə, seçkilər günü prezident İlham Əliyevə dəstək verdiyini nümayiş etdirməkdə görüb. O, yenidən İlham Əliyevə sədaqət andı içməkdən başqa yol olmadığını görüb və bunu ona yaxın çevrəsi məsləhət bilib. Məlumatda o da bildirilir ki, prezident İlham Əliyev Rza İbadovu qəbul etməkdən imtina edib.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button