Səddam Hüseynin nəvəsindən mesaj:”Yaşasın İraq, yaşasın Fələstin, yaşasın Türkiyə”

“İranlı qruplaşmaların Mosula daxil olmasına icazə verilməyəcək. Sadəcə türk ordusu bu şəhərə girə bilər”.

Bu sözləri İraqın sabiq lideri Səddam Hüseynin nəvəsi Məsud Torun deyib.

“Ümmət üçün xaçlı ordusu ilə müharibə aparan Səddam Hüseynə Allahdan rəhmət diləyirik. ABŞ və onun nəzarəti ilə yaradılan Bağdad hökumətini tanımırıq. İranlı qruplaşmalar Mosul şəhərinə girə bilməz. Sadəcə türk ordusunun buna haqqı çatır. Yaşasın İraq, yaşasın Fələstin, yaşasın Türkiyə”, – Torun bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İstanbul şəhərində motosikl qəzasına düşən 33 yaşlı Torun gizli şəkildə xəstəxanada müalicə alırdı/Axar.az.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button