Səfər Əbiyevin müavininin işi məhkəməyə göndərilir – sırada onun özüdür

Müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimov barəsində qaldırılmış cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Bu barədə virtualaz.org saytına M.Səlimovun vəkili Ceyhun Yusifov məlumat verib.

Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Vəkil istintaqın müdafiə nazirinin keçmiş müavininə qarşı cinayət işində hansı dəlillərə əsaslandığını açıqlamayıb.

“İstintaq sirri olduğundan bu barədə konkret heç bir məlumat verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, istintaq yekunlaşmaq üzrədir və iş yaxın günlərdə məhkəməyə göndəriləcək. Bundan sonra cinayət işinin təfərrüatlarına dair məlumatları ictimaiyyətə açıqlamaq mümkün olacaq”- deyə vəkil Ceyhun Yusifov bildirib.

Vəkil ancaq onu vurğulayıb ki, Mehman Səlimovun həbsinin əsas motivi keçmiş müdafiə naziri Səfər Əbiyevlə yaxın münasibətlərdə olmasından qaynaqlanıb.

Mehman Səlimov 1995-99-cu müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub. Müdafiə Nazirliyi sistemindən istefa verdikdən sonra onun tikinti biznesi ilə məşğul olduğuna dair məlumatlar var idi.

Bundan əvvəl mətbuatda yazılanlara görə, M.Səlimov S.Əbiyevin müdafiə naziri olduğu dövrlərdə Müdafiə Nazirliyinin sifarişi ilə yaşayış binalarının tikintisində iştirak edib, onun tikinti biznesi məhz Müdafiə Nazirliyi ilə bağlı olub.

Bu baxımdan ehtimal edilir ki, Əbiyevin keçmiş müavininə qarşı qaldırılmış cinayət işində məhz bu tikinti biznesindən söhbət gedir.

xural.com-un əldə etdiyi məlumatlara görə, Mehman Səlimovun işinin nəticəsi sabiq müdafiə naziri Səfər Əbiyevin də taleyini müəyyənləşdirəcək. Verilən məlumatlara görə, M.Səlimovla xüsusi yaxınlığı olan sabiq nazirin tikinti biznesi də elə M.Səlimovla imiş. Onları gəm də külli miqdarda maliyyə ortaqlığı bağlayırmış. O səbəbdən də hazırda sabiq müdafiə nazirinin bütün gücü ilə M.Səlimova yadımçı olmağa çalışdığı bildirilir. Sırada özüdür, ona görə…

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button