Səfirlik həlak olanlar arasında azərbaycanlıların olub-olmamasını araşdırır

get_img

“Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur”

Azərbaycanın Fransadakı səfirliyi paytaxt Parisdə törədilən terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır.

Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın  Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır: “Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button