Şəkidə hündürlükdən dərəyə yıxılan 66 yaşlı kişi ölüb

dereye yixilibŞəkidə 66 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Cuma kənd sakini, 1949-cu il təvəllüdlü İsa Zəkəriyyə oğlu Abbasovun meyiti Cuma kənd inzibati ərazisinin dağlıq hissəsində dərədə kənd sakinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 66 yaşlı İsa Abbasov ehtiyatsızlıqdan dərəyə yıxılıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button