Sən qalib gələcəksən …

Ülvi Bəşər

Səni çətin yolunda çox haqsızlıq haqladı,
Nə əqidən sarsıldı, nə inamın azaldı,
Mərdliyinə göz yumub dost-tanış səni dandı,
Sənin bu dərya səbrin dağ boyda dərd udandı.

Dözdüyünə dözəmməz həyat dərsi keçənlər,
Bu sınaq yollarını keçən Əvəz, keçən nər,
Səni sınağa çəkir bu dumanlar, bu çənlər,
Ədalətli söz üçün heç cərimə verərlər?

Cəmiyyətin üzüsən, qəzetlərin gözüsən,
Haqq-ədalət uğrunda döyüşdə birincisən,
Eşidib cəmiyyəti yazırsan həqiqəti,
Sən qalib gələcəksən, doğma Xural qəzeti!!!

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button